Türkiyədə prezident İlham Əliyev və Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı başlayıb.
7News.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə Avropa Birliyinin Rusiya təbii qazından asılılığını azaldacaq TANAP-ın sürətləndirilməsi istiqamətində sazişlər imzalanacağı gözlənilir.
Qeyd edək ki, hər iki ölkə lideri rəsmi qarşılanma mərasimindən sonra təkbətək görüş keçiriblər.










