RU
Türkiyədə helikopter qəzasında ölən pilotun meyiti tapılıb
14:00
32

Türkiyədə helikopter qəzasında ölən pilotun meyiti tapılıb

Türkiyənin İzmir vilayətində meşə yanğını ilə mübarizə apararkən qəzaya uğrayan helikopterin pilotlarından birinin meyiti tapılıb.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Göyərtəsində dörd pilotun olduğu helikopter Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb. Digər pilotların axtarışı davam etdirilir.

Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev bildirib ki, pilotlardan üçü qırğızıstanlıdır. Onlar Türkiyəyə iki aylıq müqavilə ilə işləmək üçün gəlibmişlər.

O əlavə edib ki, pilotlardan biri olan Erkin İsabekov sahilə üzə bilib, daha sonra onu xilasedicilər tapıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ