RU
Türkiyədə hərbçilərə hücum:
10:23
1004

Türkiyədə hərbçilərə hücum:

Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

7News.Az-ın “Milliyet”-ə  istinadən verdiyi xəbərə görə, əyalətin Nusaybinə rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ