RU
Türkiyədə həyəcan:
01:40
708

Türkiyədə həyəcan:

Türkiyənin İstanbul şəhərində Sabiha Gökçən Hava Limanında həyəcan yaşanıb.

İstanbul-Diyarbəkir reysini həyata keçirən təyyarədə aparılan axtarış zamanı bir çantada çoxlu tapança aşkar edilib.

Səlahiyyətli şəxslər tapançanın sahibinə silahların təyyarədə uçuş zamanı təzyiq yaradacağını və partlayış ehtimalının olacağını bildiriblər. Həmin şəxs polis əməkdaşı olduğunu, səlahiyyətlilərlə təyyarədən kənarda danışmaq istədiyini qeyd edib.

Özünün polis əməkdaşı olduğunu deyən həmin şəxs onunla bərabər olan 6 nəfərlə birlikdə Diyarbəkirə işi ilə əlaqədar getdiyini bildirsə də, səlahiyyətli şəxslər tapançaların təyyarədə aparılmasına razılıq verməyiblər. Nəticədə həmin şəxs və 6 nəfər təyyarədən endirilib.

Qeyd edək ki, təyyarə təxminən təyin edilən vaxtdan 45 dəqiqə sonra Diyarbəkirə uçuşa başlayıb./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ