RU
Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb
22:10
426

Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb

Türkiyənin Fəthiyyə şəhərində iki Britaniya vətəndaşı naməlum şəraitdə vəfat edib.

7news.Az xəbər verir ki, bu barədə "Milliyyet” məlumat yayıb.

Məlumata görə, məzuniyyətlərini Türkiyədə keçirən 51 yaşlı Samuel Ceymz və 46 yaşlı rəfiqəsi Ceyn Amanda  Günlüklü adlı yerdə təbiətin qoynunda  çadır qurub.

Turistlərin uzun müddət çadırdan çıxmadığını görən, insanlar vəziyyətdən şübhələnib. Çadıra baxış keçirilən zaman orada turistləri ölmüş vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları meyitlərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlamayıb.

Ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlər məhkəmə tibbi ekspertizasına göndərilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ