Türkiyədə PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı iki əsgər şəhid olub.
7news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şırnakın Cizre, Diyarbəkirin Sur rayonlarında gerçəkləşdirilən əməliyyatlarda yaralanan əsgərlər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin "Milliyət" qəzeti sözügedən bölgələrdə aparılan əməliyyatlarda 5 əsgərin yaralandığını haqda məlumat yayıb
7news.az








