Türkiyədə kampusda paylanılan toyuqlu plovu yeyən 53 tələbə xəstəxanalıq oldu
Türkiyədə Kırklareli Universitetində baş verən hadisə kampusda gərginliyə səbəb olub.
Tələbələrə paylanmış toyuqlu plovu yeyən 53 nəfər qısa müddət sonra güclü ürəkbulanma, qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanaya axın edib.
Bu barədə Oxu.Az İHA-ya istinadən məlumat verir.
Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra 45 tələbə evə buraxılıb, səkkiz tələbənin isə müşahidə altında saxlanılmasına qərar verilib.
Xəstəxana rəsmilərinin sözlərinə görə, tələbələr üçün həyati təhlükə yoxdur və ümumi vəziyyətləri yaxşıdır.
Hadisə ilə bağlı araşdırmalar davam edir.