Türkiyədə kibercinayətkarlıqla mübarizə istiqamətində keçirilən əməliyyatda 61 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, əməliyyatı Baş Prokurorluq və Jandarma Kibercinayətlərlə Mübarizə İdarəsi birgə həyata keçirib.
Nazir deyib ki, 9 bölgədə aparılan əməliyyatarda 61 şübhəli şəxs saxlanılıb, onlardan 27-si barədə həbs qərarı çıxarılıb.








