Koronvirus epidemiyasından ən çox zərər görən Türkiyənin böyük şəhəri olan İstanbulda virusdan ölənlər adi qaydada, lazımı tədbirlər nəzərə alınaraq dəfn olunur.
7News.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə virusdan ölən şəxslər digər vəfat edənlər kimi qəbiristanlıqda dəfn olunur. Dəfn mərasimi zamanı ölən şəxsin dini baxımdan yuyulması da həmişəki qaydada həyata keçirilir. Buna meyitdən heç bir virusun keçməməsi ilə aydınlıq gətirlilib. Qeyd olunanlara baxmayaraq dini ayinlərin də müəyyən şərtlər daxilində keçirilməsi nəzərdə tutulub. Belə ki, ölən şəxsin meyiti təzyiqli su ilə yuyulmamalıdır. Əks halda təzyiqli su ilə virus sıçraya bilər. Bu da digər vətəndaşları təhlükədə qoymaq deməkdir. Suyun təzyiqi alınaraq meyit adi qaydada yuyulur. Yəni həmi proses su qabı ilə meyitin üzərinə su tökülməklə həyata keçirilir.
Virusdan ölən şəxslərin meyitləri istənilən qəbirstanlıqda, geniş ölçülü və dərin yerdə, tabutlarla birgə basdırılır.







7News.Az








