Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 190 nəfər ölüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
O qeyd edib ki, son 24 saatda 180 312 şübhəli koronavirus testindən keçib, onlardan 6101-nin cavabı pozitiv çıxıb, 4593 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 409 320 nəfərdir. Ağır xəstə sayı isə 5303 nəfər olub.
Türkiyədə indiyədək 506 966 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 936 nəfəri ölüb.









