RU
Türkiyədə ölkə tarixinin ən böyük narkotik əməliyyatı keçirilib, 525 nəfər saxlanılıb
12:30
37

Türkiyədə ölkə tarixinin ən böyük narkotik əməliyyatı keçirilib, 525 nəfər saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyinin keçirdiyi "NARKOKAPAN-Ankara” əməliyyatı nəticəsində 525 nəfər saxlanılıb.

Bu barədə daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, bu, Türkiyə Respublikası tarixində narkotikə qarşı ən böyük əməliyyatdır: "Bu gün səhər saat 05:00-da başlayan respublika tariximizin ən böyük narkotik əməliyyatını paytaxtımız Ankarada həyata keçirdik”.

Nazir qeyd edib ki, əməliyyata 4 min 768 polis, 1461 xüsusi təyinatlı, 40 xüsusi təlim görmüş detektor it, 4 PUA və hava dəstək ünsürləri qatılıb. Onlar 626 fərqli ünvanda eyni zamanda əməliyyat keçirərək 525 nəfəri saxlayıblar. Əməliyyat davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ