RU
Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
10:40
30

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Kocaeli şəhərində xidməti mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb.

Bu barədə 7News.Az "Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Başiskele rayonunda qeydə alınan qəza nəticəsində ümumilikdə 7 nəfər yaralanıb, onlardan 5-i işçilər, digərləri sürücülərdir.

Hadisə yerinə təcili yardım, polis və yanğınsöndürənlər cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən yol bir saat bağlanıb.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ