RU
Türkiyədə milli smartfon istehsal ediləcək
16:44
1063

Türkiyədə milli smartfon istehsal ediləcək

Türkiyənin yerli mobil telefon markalarına bir yenisi də əlavə olunub.  

7news.Az Fins.az-a istinadən xəbər verir ki, “KAAN N1” (Xan) adıyla ilk telefonunu bazara təqdim edən “Başarı Ticaret ve İletişim” şirkəti, “Turkcell” kanalından da istifadə edəcək. 

“Başarı Ticaret ve İletişim”in baş direktoru Kayhan Biberin dediyinə görə, bu dəfə mobil telefona milli ad vermək fikrinə gəliblər.

Şirkətin baş direktoru deyib ki, telefonu hal-hazırda Çində istehsal edirik, ancaq qısa müddətdən sonra Türkiyədə buraxmağı planlaşdırırıq: 

“Bu sahədə bir türk markasının olmasını istədik. Onsuz da “Kaan” brendi bizə yaxındı”.

Qeyd edək ki, şirkətin “Kaan Air” adlı bir vertolyot şirkəti də var.

O, Türkiyədə yerli mobil telefon markalarının bazarda payının artması üçün də çalışdıqlarını dilə gətirdi:

“Bu günə yerli mobil telefonlar bazarın 15%-ni tutur və bu göstəricini 30%-ə qaldırmaq lazımdır”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ