RU
Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi
21:30
1730

Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Toplantı 4 saat 40 dəqiqə davam edib.

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra keçirilən ilk toplantısı başa çatıb.

7news.Az Hurriyet-ə istinadən xəbər verir ki, iclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilib və bu istiqamətdə mühüm qərarlar qəbul olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən yığıncaq 4 saat 40 dəqiqə davam edib.

Toplantıda qəbul olunan qərarlar bir qədər sonra açıqlanacaq.

Gözlənilir ki, bundan sonra Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ