Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.
7News.Az bildirir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.
Qayıqdakı miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.
7News.Az








