RU
Türkiyədə narkoticarətlə məşğul olmaqda şübhəli bilinən 316 nəfər saxlanılıb
11:50
24

Türkiyədə narkoticarətlə məşğul olmaqda şübhəli bilinən 316 nəfər saxlanılıb

Türkiyənin 50 əyalətində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara və cinayətkar dəstələrə qarşı keçirilən "Narkoçelik-39” əməliyyatı nəticəsində 316 şübhəli saxlanılıb.

Məlumatı "TRT Haber” yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 580 kq narkotik maddə, 121 min 970 ədəd narkotik tərkibli həb müsadirə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ