RU
Türkiyədə növbəti böyük terror aktının qarşısı alınıb
12:00
827

Türkiyədə növbəti böyük terror aktının qarşısı alınıb

Türkiyənin şərqində Tunceli vilayətində növbəti böyük terror hadisəsinin qarşısı alınıb.

7news.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti qeyd edib.

Keçirilən xüsusi əməliyyat nəticəsində 650 kiloqram partlayıcı maddə aşkar edilib. Partlayıcı maddə magistral yolun ətrafında tapılıb.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri açıqlamasında bildirib ki, güclü partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ