Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobillə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 8-ə çatıb.
7News.az-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Partlayış nəticəsində 5 əsgər yaralanıb.
Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.
7News.az







