Mardin şəhərinin Nusaybin vilayətində terrorçular növbəti partlayış törədiblər.
7news.Az Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Nusaybinin Fırat məhəlləsində əməliyyat aparan təhlükəsizlik qüvvələri yoldan keçərkən terrorçuların öncədən quraşdırdığı bomba partlayıb. Hadisə nəticəsində 2 əsgər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Nusaybində əməliyyat davam etdirilir.
7news.Az








