RU
Türkiyədə növbəti terror: ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB
14:50
555

Türkiyədə növbəti terror: ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobillə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 9-a çatıb.

7News.az-ın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı Hakkari Valiliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində  8 mülki şəxs də həyatını itirib. Valilik partlayış nəticəsində 11-i əsgər olmaqla, 27 yaralı olduğunu da açıqlayıb.

Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib./apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ