PKK terrorçularının Vanın Özalp rayonunda yola öncədən yerləşdirdiyi bomba hərbi maşın keçərkən partlayıb.
7news.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i əsgər, 1-i mülki vətəndaş olmaqla 6 nəfər yaralanıb.
Xəsarət alan şəxslər Vanda xəstəxanalara yerləşdiriliblər.
Bölgədə PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.
7news.Az








