RU
Türkiyədə partlayış – FOTOLAR
10:00
495

Türkiyədə partlayış – FOTOLAR

Türkiyənin Adana vilayətində partlayış baş verib.

7News.Az bu barədə DHA-ya istinadən məlumat verir.

Məlumata əsasən, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

Ən son məlumatlara görə, Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ