İstanbulun Çağlayan adlanan ərazisində partlayış olub.
7News.az DHA-ya istinadən xəbər verir ki, hadisə bu səhər saat 9 radələrində baş verib.
Əldə edilən məlumata görə, geyim atelyesində soba yandırmaq istəyən mərkəz sahibi Əhməd Özat sobaya yağ töküncə partlayış olub və atelyenin sahibi yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə xilasetmə və polis qrupları gəlib. Polisin hadisə yerindəki araşdırması davam edir.
7News.az







