Türkiyənin Muş şəhərində hərbi maşın hərəkətdə olan zaman partlayış baş verib.
7news.az anspress-ə istinadən xəbər verir ki, Muşda hərbi maşına yerləşdirilən partlayıcının partlaması nəticəsində 8 əsgər yaralanıb.
Partlayış Muş-Bulanık quru yoluda olub.
Partlayışın təsirindən uçuruma yuvarlanan maşının içindəki 8 əsgər ağır yaralanıb. Yaralılar hadisə yerindən alınaraq Muş Dövlət xəstəxanasına yerləşdirilib.
7news.az








