24 nəfər xəsarət alıb.
Türkiyənin cənubi-şərqində yerləşən Mardin əyalətində avtobusun partladılması nəticəsində 24 nəfər, o cümlədən 10 nəfər polis xəsarət alıb.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış Kürdistanın Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən törədilib.
Qeyd edilir ki, daha öncə PKK tərəfdarları küçəyə çıxaraq Ankara tərəfindən kürd qiyamçılarına göstərilən təzyiqin dayandırılmasını tələb ediblər.








