PKK terrorçuları gecə saatlarında Türkiyənin Ağrı bölgəsindəki kəndlərinə silahlı hücum edib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücum zamanı 8 nəfər həlak olub. Onlardan 1-i hərbiçi, 7-si isə kənd qarovuludur.
Rəsmi məlumata görə, hücum zamanı yaralanan 4 hərbçi və 2 mülki vətəndaş xəstəxanaya yerləşdirilib.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.








