Terrorçular polisin “Təslim ol!” çağırışını qəbul etməyib.
İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə qumabara atıb, atəş açan iki terrorçu qadın zərərsizləşdirilib.
7News.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Bayrampaşa Çevik Polis Qüvvəsinin şöbə müdirliyi məlumat yayıb.
Terrorçular polisin “Təslim ol!” çağırışını qəbul etməyib.
Məlumata görə, terrorçu qadınların zərərsizləşdirilməsi əməliyyatı nəticəsində bir polis məmuru yaralanıb.
14:25
İstanbulun şəhər ətrafında polis bölməsinin yaxınlığında güclü partlayış olub.
7News.Az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Hadisə Bayrampaşa rayonunda baş verib. İki terrorçunun bir neçə qumbaranı polis bölməsinə tərəf atdığı ehtimal edilir. Hadisə yerində atəş səsləri də eşidilib.
Şübhəlilər hücumun baş verdiyi ərazidə binada təcrid olunmuş vəziyyətdə qalıblar. Polis rayonu mühasirəyə alıb və hücuma hazırlaşır.
Türkiyə KİV-nə istinadən hücum edənlərdən biri yaralanıb.








