RU
Türkiyədə polis prokuroru güllələdi - Fotolar
11:30
414

Türkiyədə polis prokuroru güllələdi - Fotolar

Türkiyənin Antalya şəhərinin Qorqudeli qəsəbəsindəki məhkəmə binasında cinayət baş verib.

 26 yaşlı prokuror Qədir Küçükönər iş otağında silahlı hücuma məruz qalıb. Prokuroru vuran polis işçisi Turqut Avcı olub.

Məlumata görə, T.Avcının həmin məhkəmədə katibə işləyən həyat yoldaşı Şərifə Avcı fiziki qüsurlu övladına görə prokurordan icazə istəyib, lakin buna nail olma bilməyib. Bundan sonra T.Avcı məhkəmə binasına gələrək prokurorun iş otağında onunla mübahisə edib. Bu zaman prokurora 5 dəfə atəş açılıb. Güllələrdən üç Küçükönərin qol, ayaq və sinəsinə dəyib.

Ağır yaralanan prokuror dərhal qəsəbədəki xəstəxanaya yerləşdirilib. İlkin müdaxilədən sonra isə tibbi helikopterlə Antalyaya aparılıb.

Hadisəni törədən T.Avcı saxlanılıb./qafqazinfo

 


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ