RU
Türkiyədə prezident qvardiyası buraxıldı
09:40
1441

Türkiyədə prezident qvardiyası buraxıldı

Türkiyədə uğursuz hərbi çevrilişdən sonra prezident qvardiyasının buraxılmasına dair qərar qəbul olunub.

7news.Az-ın “Milliyet” nəşrinə istinadən məlumatına görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ