Türkiyənin İranla sərhəddindəki “Gürbulak Sınır Kapısı”da bir neçə əməliyyat keçirilib.
7news.Az musavat.com-a istinadən xəbər verir ki, Gömrük Mühafizə Qaçaqçılıq və Kəşfiyyat Müdirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qaçaqmalçılıqla məşğul olan şəxslər saxlanılıb. Ölkəyə qaçaq yollarla mal gətirən nəqliyyat vasitələri arasında Azərbaycan dövlət nömrə nişanlı TIR-lar da olub. Həmin TIR-ların azərbaycanlı sürücüləri də saxlanılıb.
Əməliyyat zamanı eyni İran nömrəsi- 64 B 33510 ilə Türkiyəyə keçən iki TIR-ın azərbaycanlı sürücüləri saxlanılıb. TIR-ların gerçək nömrə nişanının 90 TR 908 və 10 ZG 908 olduğu məlum olub. Azərbaycanlı sürücülərin qaçaq yolla Türkiyəyə parça və toxuculuq malları gətirdikləri müəyyən edilib.
Əməliyyatlar zamanı qaçaq yolla Türkiyəyə gətirilən tonlarla banan da ələ keçirilib. Məlum olub ki, İrandan gətirilən banan Ekvador bananı adı ilə gömrükdə daha ucuz qiymətə rəsmiləşdirilərək ölkəyə gətirilirmiş.
7news.Az










