Türkiyənin Muş şəhərində terror hadisəsi qeydə alınıb.
Elazığ-Tatvan dəmiryolu istiqamətində hərəkət edən yük qatarı partladılıb.
PKK mənsubları dəmiryol keçidinə bomba yerləşdirib.Qatar hərəkəti zamanı bomba işə düşüb.
Partlayış zamanı 5 vaqon yararsız hala düşüb, 3 nəfər ağır xəsarət alıb.
Yaralıların Engin Dağoğlu, Kazım Çakar və Metin Kaya olduğu açıqlanıb.
Xəsarət alanlar Muş Dövlət Xəstəxanasına aparılıb./milli
7news.az
// //







