Hadisə Alaşehir rayonunda nəzarət olunmayan dəmir yolu keçidində baş verib.
Türkiyənin Manisa vilayətində sərnişin qatarı ilə fermerləri daşıyan mikroavtobus toqquşub.
7news.Az-ın “Haber7”ə istinadən verdiyi xəbərə görə, hadisə Alaşehir rayonunda nəzarət olunmayan dəmir yolu keçidində baş verib.
İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlərdən 6 nəfəri ölüb, 8-i ağır olmaqla 15 nəfər yaralanıb.
7News.Az








