Türkiyənin Konya şəhərində 3 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasından bir neçə dəqiqə əvvəl çəkilən görüntülər yayılıb.
Qəza dünən Səlcuqlu mahalında baş verib. Avtomobil əvvəlcə ağaca, daha sonra yol kənarındakı elektrik dirəyinə çırpılıb. Bundan sonra yanan avtomobildə sürücü Mehmet Büyükuyanık, İbrahim Tat və İbrahim Serin həyatlarını itiriblər.
Qəzada ölən Mehmetin hadisədən az əvvəl sosial şəbəkədə paylaşdığı video diqqət çəkib. Görüntülərdə avtomobilin sürət həddinin saatda 200 km-ə çatdığı görünür.
Həmin kadrları təqdim edirik:/metbuat
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










