Türkiyədə ildırım vurması nəticəsində 22 yaşlı qız ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, Kütahyada ailəsi ilə birlikdə yaşayan tələbə Seda Öztürk ağacın altında olarkən ildırım vurub. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.