RU
Türkiyədə referendumun vaxtı açıqlandı
23:26
416

Türkiyədə referendumun vaxtı açıqlandı

Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bəyan edib ki, prezident hakimiyyətinin genişləndirilməsinə dair referendum 2017-ci ilin yazında keçirilə bilər. 

7news.Az bu barədə Reuters-ə istinadən xəbər verir. 

O həmçinin qeyd edib ki, Türkiyənin iqtidar partiyası parlamentə ölkənin yeni konstitusiya layihəsini dekabrın 9-da çıxaracaq.  

Canikli həmçinin 2019-cu ilə qədər təcili prezident və parlament seçkilərinin keçirilməsini istisna edib. 

Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyənin 2017-ci ilin yayında konstitusiyaya dəyişikliklər üzrə referendumun keçiriləcəyini bəyan etmişdi. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ