RU
Türkiyədə sel hərbçiləri apardı: Ölən var - FOTO
16:42
470

Türkiyədə sel hərbçiləri apardı: Ölən var - FOTO

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. İnsident nəticəsində 1 nəfər hərbçi həlak olub.

7news.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.

Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ