RU
Türkiyədə sərinləmək üçün çaya girən azərbaycanlı boğuldu (VİDEO)
15:30
619

Türkiyədə sərinləmək üçün çaya girən azərbaycanlı boğuldu (VİDEO)

Türkiyədə azərbaycanlı kişi çayda üzərkən boğulub. 

Hadisə Trabzonun Uluağaç bölgəsinə baş verib. Sərinləmək üçün paltarını çıxarıb çaya girən şəxs sudan çıxa bilməyib. 

Azərbaycanlı olduğu bildirilən şəxsi ətrafdan keçən kənd sakinləri sudan çıxarıb. Çayda bir nəfərin boğulduğunu görən sakinlər dərhal çaya tullanıb, amma onu xilas etmək mümkün olmayıb.  

Kişinin meyiti yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Dünyasını dəyişən mərhumun cənazəsi yaxınları tərəfindən Azərbaycana gətirilib./baku.ws

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ