RU
Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 24 ölü, 338 yaralı – VİDEO/FOTO (YENİLƏNİB)
08:43
421

Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 24 ölü, 338 yaralı – VİDEO/FOTO (YENİLƏNİB)

Türkiyədə sərnişin qatarının qəzası nəticəsində ölənlərin sayı 24-ə çatıb. 

Bu haqda baş nazirin müavini Rəcəb Akdağ bildirib.

Səhiyyə naziri Əhməd Dəmircan isə jurnalistlərə açıqlamasında qəzadan sonra 338 nəfərin xəstəxanalara aparıldığını bildirib. Onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Nazir 124 nəfərin isə hələ xəstəxanalarda müalicə aldığını deyib.

Qatarda 362 sərnişin olub.

***

Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb.

Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib.

***

Türkiyədə Kapıkule-İstanbul səfərini edən sərnişin qatarı Tekirdağ vilayətinin Çorlu mahalı yaxınlığında relsdən çıxıb.

7news.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 5 vaqon aşıb.

Hadisə nəticəsində çoxlu sayda yaralanan və ölənlərin olduğu bildirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ