Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
7NEWS.Az xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
09:10
Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
7NEWS.Az xəbər verir ki, mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.
Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.



