Türkiyənin `Bursaspor` klubunun yeni stadionunu `Azərbaycan Arena` adı verilə bilər.
Bu barədə klubun prezidentliyinə namizədlərdən biri Timur Noyan bildirib.
Onun sözlərinə görə, o ötən ilin may ayında Azərbaycanda məsələ ilə bağlı danışıqlar aparıb. Danışıqlar zamanı müəyyən məbləğ müzakirə olunub ki, Azərbaycan tərəfi sonda yekun məbləği artıracağına dair söz verib.
Xatırladaq ki, `Bursaspor`un yeni stadionu 21 dekabr 2015-ci ildə istifadəyə verilib. O 45 min tamaşaçı tutumuna malikdir.
`Bursaspor` türkiyə Super Liqasında çıxış edir. Carı çempionatda klub 14-cü pilləni tutur.
7news.az








