RU
Türkiyədə tapılan rus generalın nəşinin aqibəti məlum oldu
13:45
675

Türkiyədə tapılan rus generalın nəşinin aqibəti məlum oldu

Türkiyənin Ərdəhan vilayətində tapılan rus ordusu generalının nəşi Polşaya göndəriləcək.

Bu barədə Türkiyənin mədəniyyət və turim naziri Numan Kurtuluş deyib.

Nazirin sözlərinə görə, 139 il əvvəl öldüyü bildirilən rusiyalı general əslən polşalı olduğundan o, məhz Polşaya, ailə üzvlərinə təhvil veriləcək.

"Biz nəşi Polşaya təhvil vermək məsələsi ilə bağlı yazışmalar aparmışıq, cavablar da gəlib. Generalın rus ordusuna aid olması rusları da yaxından maraqlandırır. Lakin polşalıların tələbi belədir ki, nəş onun aid olduğu yerə, yəni Polşaya aparılaraq orda dəfn edilsin. Ola bilsin, orada hər hansı bir xatirə abidəsi də inşa edilsin",- deyə nazir bildirib./trend
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ