RU
Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi - Valilikdən qadağa
10:35
284

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi - Valilikdən qadağa

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

İlk olaraq paytaxt Ankarada insanların təhlükəsizliyini qorumağa qərar verən hakim dairələr vacib addım atıb. Şəhər valiliyindən yayılan açıqlamada bildirilib ki, noyabrın 30-dək bütün kütləvi tədbirlər təxirə salınır. Valilik qərarın terror təhlükəsinin yüksək olması ilə bağlı olduğunu da gizlətməyib.

Bildirilib ki, xüsusi xidmət orqanları bəzi terrorçu qruplaşmaların fəallaşdığı barədə hesabat təqdim etdikdən sonra bu qərar verilib. Qadağa dövlət tədbirlərinin keçirilməsinə də şamil olunur. İctimai tədbirlərin zərurət halında keçirilməsi tələb olunduğu hallarda isə son qərarın yenə valiklikdən asılı olduğu məlum olub.

Qərarın hüquqi tərəflərinə gəlincə, valilik bunun ölkədə hökm sürən fövqəladə vəziyyətlə tam üst-üstə düşdüyünü qeyd edib. Bəzi dairələr isə qadağanın ölkənin digər böyük şəhərlərində də tətbiq olunacağını istisna etmir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ