Türkiyənin Hakkari vilayətində terror aktı baş verib.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən partlayış PKK terrorçularının yolda quraşdırdıqları bombanın işə düşməsi nəticəsində baş verib. Nəticədə bir nəfər ölüb, üç şəxs yaralanıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir./qafqazinfo
7news.Az








