RU
Türkiyədə terror - 4 əsgər şəhid oldu
10:10
416

Türkiyədə terror - 4 əsgər şəhid oldu

Türkiyənin Ağrı vilayətində PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

7news.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, keçirilən əməliyyat zamanı 2 hərbçi və 2 mühafizə xidmətinin əməkdaşı şəhid olub. Daha 8 mühafizə əməkdaşı isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Əməliyyat nəticəsində 10 terrorçunun öldürüldüyü və çoxlu sayda silah-sursat ələ keçirildiyi vurğulanıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ