Türkiyənin Şırnak əyalətində yerli polis və jandarma əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində PKK terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 13 nəfər saxlanılıb.
Məlumatı "TRT Haber” yayıb.
Bildirilib ki, onlardan 3-nün ifadəsi alındıqdan sonra sərbəst, biri zaminə buraxılıb. Qalanları barədə uyğun istintaq tədbiri görülür.








