RU
Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi - FOTO
10:10
280

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi - FOTO

Türkiyənin Dənizli vilayətində Texniki peşə məktəbinin texniki iş otağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

"Report”un məlumatına görə, aprelin 12-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq yeni yaradılmış, texniki kodlama emalatxanası və texniki iş otağı açılacaq.

 

Otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən tablolar, divar rəsmləri yerləşdirilib. Açılış tədbirində Azərbaycan Respublikasının Türkiyədəki diplomatik korpusunun nümayəndəlikləri, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ