RU
Türkiyədə təyyarə evlərin arasına düşdü, ölənlər var - Fotolar + Yenilənib
18:00
219

Türkiyədə təyyarə evlərin arasına düşdü, ölənlər var - Fotolar + Yenilənib

Türkiyənin Bursa şəhərində tək mühərrikli təyyarə qəzaya düşüb.

7News.Az "NTV”yə istinadən xəbər verir ki, hadisə Yunuseli hava limanının yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, təyyarə qəzaya düşərək bir küçədə evlərin arasına düşüb. Qəzadan sonra təyyarədə yanğın baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb.

Qəza nəticəsində ölən və yaralananların, eləcə də təyyarənin göyərtəsində neçə nəfərin olmasına dair hələ ki məlumat verilməyib.

***

Bursa valisi Yakup Canbolatın sözlərinə görə, sözügedən təyyarə təlim təyyarəsi olub. Qəza nəticəsində pilot və tələbə pilot həlak olub. İlkin məlumata görə, hadisə zamanı yaralanan olmayıb.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ