RU
Türkiyədə təyyarə qəzaya uğrayıb, ölən var
15:31
2010

Türkiyədə təyyarə qəzaya uğrayıb, ölən var

Təyyarə Çorlu hava limanından təlim uçuşu etdikdən sonra Ahimehmet kəndi yaxınlığına düşüb.

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

7News.Az xəbər verir ki, bu barədə CNN Turk telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Çorlu hava limanından təlim uçuşu etdikdən sonra Ahimehmet kəndi yaxınlığına düşüb.

Qəzanın baş vermə səbəbi məlum deyil.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ