Türkiyənin Muğla şəhərində turist avtobusu üç avtomobilə və bir evin divarına çırpılıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb. Məlumata görə, təxminən 30 nəfər yaralanıb.