Türkiyədə xəstəliyi və ya əlilliyi səbəbindən səsverməyə gələ bilməyən seçicilər səyyar seçki qutusu ilə səs verirlər.
Bu barədə 7News.Az "TRThaber”ə istinadən xəbər verir.
Kırklareli şəhərinin seçki komissiyasının üzvləri səsverməyə gedə bilməyən xəstə, 80 yaşlı Gülsevim Eskicinin evinə daşınan seçki qutusu aparıblar.
Komissiya üzvləri gətirdikləri portativ kabineti Eskicinə səsvermə prosesi ilə bağlı məlumat veriblər. Seçici səs verdikdən seçkilərdə uğurlar diləyib.
Kırklareli mərkəzində xəstəlik və ya əlillik səbəbindən seçkiyə gedə bilməyən daha 17 seçici səyyar qutu tətbiqindən yararlanır.
Digər mətbu orqanlar Düzce vilayətində də xəstə, əlil və qoca seçicilərin prezident və parlament seçkilərində səs vermələri üçün şərait yaradıldığını xəbər veriblər.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri ilə keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı”nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.








